Ümid Azərbaycan MMC

“Ümid Azərbaycan” MMC

“Ümid Azərbaycan” MMC Avropadan təmizlik texnikası,təmizlik vasitələri və bağ avadanlıqlarının idxalı və satışı, müsəssisələrdə mühasibat uçotunun aparılması, vergi məsələləri üzrə məsləhətlərin verilməsi, marketinq tədqiqatlarının keçirilməsi, təmizlik işlərinin görülməsi kimi sahələrdə ixtisaslaşmış müəssisə olub məqsədi bu sahələrdə müştərilərə daha keyfiyyətli mal və xidmətlər təklif etməkdir. “Ümid Azərbaycan” MMC “Nilfisk Alto GMBH (Almaniya)”,MA-FRA (İtaliya) , MA.Rİ.NA Systems SRL (İtaliya) və Claber SPA (İtaliya) şirkətlərinin Azərbaycanda vahid rəsmi dilleridir. Müəssisəmiz alıcılara təmizlik texnikası, təmizlik vasitələrivə bağ avadanlıqları sahələrində Avropanın ən aparıcı şirkətlərinin istehsalı olan məhsulları təklif edir və satılan məhsullara təminat verilir. Keyfiyyətli məhsul və xidmətlərin təklifi müəssisənin ən əsas iş prinsipidir. Müəssisənin nəzdində fəaliyyət göstərən təmir mərkəzi həm təminat, həm də təminatdan sonrakı müddətdə avadanlıqlarda baş vermiş nasazlıqların aradan qaldırılmasını təmin edir. Əgər siz Avropa keyfiyyətli peşəkar və həvəskar yuyucu aparatlar, bərk döşəmə yuyan maşınlar, polirovka aparatları, ev və kommersiya təyinatlı tozsoranlar, xalça yuyanlar, parla təmizləmə texnikası, həyət süpürən,yuyucu vasitələr və qazon biçən maşınlar, kiçik ölçülü otbiçən, yer şumlayan texnika almaq istəyirsinizsə mütləq “Ümid Azərbaycan” MMC-nin Badamdar qəsəbəsində yerləşən sərgi salonuna buyurun. Sizi sərgi salonunda görməkdən məmunlıq duyardıq.


 

 

 

YUYUCU APARATLAR


İstənilən növ çirkli sahənin su ilə təmizlənməsi üçün nəzərdə tutulur. Bu aparatlardan adətən avtomobil yuma mərkəzlərində, gəmi təmiri zavodlarında, avtosalonlarda, neft şirkətlərində istifadə edilir

BƏRK DÖŞƏMƏ YUYAN APARATLAR


İstənilən növ bərk döşəmənin mərmər, kafel, metlaq, qranit və s. örtüklərin) yuyulub məmizlənməsi üçün istifadə edilir

TOZSORANLAR



Ərazilərin tozdan və çirkli sudan təmizlənməsi məqsədi ilə istifadə edilir. Daxilində fiitir yerləşdirilmişdir ki, bu da tozun kənara buraxılmasının qarşısını alır. həmçini çirkli suyu da çəkmə qabiliyyətinə malikdir

 

BAĞ AVADANLIQLARI



Otluq və qazon ərazilərin biçilməsi, torpağın şumlanması, qurumuş ağacların kəsilməsi məqsədi ilə bağ avadanlıqlarından istifadə edilir

DİGƏR AVADANLIQLAR


İstənilən növ döşəmənin təmizlənməsi məqsədi ilə bu texnikadan istifadə edilir

 

YUYUCU VASİTƏLƏR


Avtomobil, Hotel, Restoran, Şadlıq evləri və digər sahələrin təmizlənməsi üçün Sənaye və Kommersiya  təyinatlı peşəkar yuyucu vasitələr.